Bu il Aralıq dənizində 3,5 min qeyri-leqal miqrant həlak olub

2014-cü ilin əvvəlindən Aralıq dənizində 3,419 min qeyri-leqal emiqrant həlak olub ki, bu da sözügedən dəniz yolunu "dünyanın ən təhlükəli yolu"na çevrib.

Maide.az xəbər verir ki, bu haqda  məlumatı "Al-Arabiya" dərgisi BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlıq İdarəsinə istinadən yayıb. Bu il 207 mindən artıq miqrant Aralıq dənizi ilə çətin səfərə yola düşüb, bu rəqəmlər 2011-ci illə müqayisədə 3 dəfə çoxdur.

Livan,Suriya və İraqdan qaçanların ən sevimli məkanı Avropadır. Miqrantların 80% İtaliya və Maltaya gedir. İtaliyaya köçən miqrantlardan 60 min nəfər Suriya qaçqınlarıdır, ikinci yeri isə amansız repressiyalardan qaçan eritreyalılar tutur. //

Google+ WhatsApp ok.ru