Bu il Azərbaycanda 19,7 min nikah və 4,1 min boşanma qeydə alınıb

Bu il Azərbaycanda 19,7 min nikah və 4,1 min boşanma qeydə alınıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 19,7 min nikah və 4,1 min boşanma halları qeydə alınıb. 
 
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.
 
Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1075 nəfər gələn və 488 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 587 nəfər təşkil edib. /

Google+ WhatsApp ok.ru