Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

Bayram sentyabrın 12-13-də qeyd olunacaq

Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Belə ki, NK-nin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır.

Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. /

Google+ WhatsApp ok.ru