Bu il Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - 2 nəfər dünyasını dəyişib

Bu il Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - 2 nəfər dünyasını dəyişib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.
 
Maide.Az bildirir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən müddətdə 573 qida zəhərlənməsi hadisəsi baş verib.
 
Hadisələrdən 33-ü botulizmlə bağlı olub ki, onun da nəticəsində 46 nəfər zəhərlənib. Botulizm nətiəsində 2 ölüm baş verib.
 
Bu ilin noyabr ayında Azərbaycanda 26 qida zəhərlənməsi baş verib, bu hadisələrdən 31 nəfər zərər çəkib. Noyabr ayında 3 botulizm hadisəsi baş verib ki, bundan da 9 nəfər zəhərlənib. Noyabr ayında Bərdədə 1 nəfər pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.
 

Google+ WhatsApp ok.ru