Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 695 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 695 nəfər ölüb

Azərbaycanda bu ilin 11 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Maide.Az-a bildirilib ki, 2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 695 nəfər həlak olmuş, 1887 nəfər yaralanmışdır. 
 
Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olmuş, 640 nəfər yaralanmışdır. 
 
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i (712 hadisə, 267 ölüm, 772 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i (425 hadisə, 192 ölüm, 369 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i (238 hadisə, 54 ölüm, 278 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (34 hadisə, 15 ölüm, 32 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil etmiş, nəticədə 283 piyada həlak olmuş, 591-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaq və yeniyetmə həlak olmuş, 181 nəfər yaralanmışdır. /

Google+ WhatsApp ok.ru