Bu il Azərbaycanda doğulanların 53 faizi oğlandır

Bu il Azərbaycanda doğulanların 53 faizi oğlandır

2017-ci ildə Azərbaycan əhalisinin sayı 48 min 879 nəfər (0,5 faiz) artaraq avqustun 1-nə 9 milyon 858 min 860 nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakini, 49,9 faizi kişi, 50,1 faizi qadındır. Hər 1000 kişiyə 1006 qadın düşür.
 
 
Yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin yerli qeydiyyat şöbələri 82 min 380 doğulan körpə qeydə alıb. Doğulanların 53 faizi oğlan, 47 faizi qız uşağıdır.
 
7 ayda ölkədə 34 min 281 ölüm rəsmiləşib.
 
32 min 864 nikah, 8 min 532 boşanma qeydə alınıb.
 
Azərbaycana daimi yaşamaq üçün 1782 nəfər gəlib, 1002 nəfər Azərbaycandan gedib. Miqrasiya saldosu müsbət 780 nəfər olub. (novator.az) /

Google+ WhatsApp ok.ru