Bu il Ceyhandan 17 milyon ton neft yola salınıb

Bu il Ceyhandan 17 milyon ton neft yola salınıb

Bu ilin avqust ayında 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
 
Xəbəri Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
 
Şirkətdən yayılan bilgilərə görə, bunun 1 milyon 733 min 485 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
 
«Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton təşkil edib», - xəbərdə vurğulanır.
 
Ancaq son bir ildə Bakı-Tbilisi-Ceyhan (BTC) xətti ilə nəql edilən neftin 10 faiz azaldığı bildirilir.
 
Bütünlükdə isə, BTC istismara verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Bu kəmər 2006-cı ildən istismara verilib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru