Bu il dünyada qızılca xəstəliyinə tutulanların sayı 440 mini ötüb

Bu il dünyada qızılca xəstəliyinə tutulanların sayı 440 mini ötüb

2019-cu ilin əvvəlindən dünyada 440 mindən çox insan qızılca xəstəliyinə tutulub.
 
Maide.Az APA -a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə açıqladığı hesabatında bildirilib.
 
Qeyd edilib ki, bu xəstəliyin yayılması daha çox Konqo Demokratik Respublikasında qeydə alınıb.
 
"Dünyanın bir çox ölkəsində qızılca xəstəliyi baş verib. 5 Noyabr 2019 tarixinə olan məlumata görə, ÜST üzvü olan 187 ölkədə 440 263 təsdiqlənmiş xəstəlik qeydə alınıb” - hesabatda deyilib.
 
Qeyd edək ki, qızılca son dərəcə yoluxucu bir virus xəstəliyidir. Hava damcıları ilə ötürülür. Başlanğıc mərhələdə əsas simptomlar qripə bənzəyir. Temperatur, öskürək, asqırma, baş ağrısı ilə müşahidə olunur. Sonra dəridə xarakterik bir səpmələr görünür.
 
Xəstəlik otit mediası, sətəlcəm, bronxit, ensefalit şəklində ağırlaşmalara gətirib çıxara bilər ki, bud a son dərəcə təhlükəlidir. İnfeksiya immunitet sistemini zəiflədir və bəzi hallarda xəstənin ölümünə səbəb olur.
 

Google+ WhatsApp ok.ru