Bu il Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün qurbanlıq qoyunlar bahalaşıb

Azərbaycandan bu il Həcc ziyarətinə səfər edəcək zəvvarlar üçün təklif olunan qurbanlıq qoyunlar əvvəlki il ilə müqayisədə bahalaşıb.
 
Maide.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu il qurbanlıq qoyunlar zəvvarlara 160-170 ABŞ dollarına başa gələcək.
 
QMİ-dən onu da bildiriblər ki, qurbanlıq qoyunların ödənişi ziyarət səfərinin təşkili üçün ödəniləcək vəsaitə daxil deyil və zəvvar bunu əlavə olaraq ödəməlidir.
 
Xatırladaq ki, ötən ilki Həcc zamanı qurbanlıq qoyunlar zəvvarlar üçün 130-140 ABŞ dollarına başa gəlib.
 
Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. 

Google+ WhatsApp ok.ru