Bu il Həcc ziyarətinə bir milyona yaxın zəvvar gedəcək

Bu il Həcc ziyarətinə bir milyona yaxın zəvvar gedəcək

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978.159 nəfərə çatıb.
 
Maide.Az Modern.az-a istinadən  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsi məlumat yayıb.
 
 
Məlumata görə, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61.500 nəfər, yəni 7 faiz artıb.
 
İdarədən bildiriblər ki, zəvvarların 928.043 nəfəri təyyarə, 40.734 nəfəri yerüstü nəqliyyat, 9.382 nəfəri gəmi ilə gəlib.
 

Google+ WhatsApp ok.ru