Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

2019-2020-ci tədris ilində, 15 sentyabrda respublikamızın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 şagird gedəcək.
 
Maide.Az "Modern.az"a istinadla  xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov bölüşüb. O əlavə edib ki, orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tam orta orta təhsil bazasından (XI sinif) 10001 nəfər, ümumi (9 illik) orta təhsil bazasından 9695 nəfər daxil olub.
 
Ekspertin sözlərinə görə, peşə təhsili müəssisələrinə 8808 nəfər ilk kursa başlayacaq.
 
Həmçinin bakalavr pilləsində təhsil almaq üçün universitetlərin I kursunda 43480 tələbə drəsələr başlayacaq.
 
Nəhayət, magistratura təhsili almaq üçün isə 6962 nəfər bu tədris ilində ilk dərsə gedəcək.

Google+ WhatsApp ok.ru