Bu ilin altı ayında 241 nəfər dərmandan zəhərlənib

Bu ilin altı ayında 241 nəfər dərmandan zəhərlənib

Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb.
 
KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər müraciət edib.
 
Baş toksikoloq bildirib ki, 41 nəfəri ilan, 3 nəfəri isə əqrəb sancıb. Onun sözlərinə görə, 2 nəfər sirkə turşusundan baş vermiş zəhərlənmə nəticəsində ölüb.
 
A. Maqsudov qeyd edib ki, bir neçə gün əvvəl Sumqayıtda kanalizasiya quyusuna düşən fəhləni xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 əməkdaşı da şöbəyə gətirilib: “Dörd nəfərdən ikisi koma, ikisi isə orta-ağır vəziyyətdə şöbəyə çatdırılmışdı. Həkimlərin gərgin əməyi nəticəsində FHN-nin zəhərlənmiş dörd əməkdaşı tam şəkildə həyata qaytarılıb”.
 
Şöbə müdiri region xəstələrində ilan zəhərinə qarşı zərdabların olmaması barədə fikirlərə də münasibət bildirib. O bildirib ki, hər bir mərkəzi rayon xəstəxanası ilan zəhərlənmələri əleyhinə zərdablarla tam təmin olunub. (apa) /

Google+ WhatsApp ok.ru