Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb

Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb

II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək
 
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.
 
Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları 2017 ci il 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq. /

Google+ WhatsApp ok.ru