Builki İmam Hüseyn (ə) süfrəsi dünyanın ən uzun süfrəsi kimi Ginnesin Rekordlar Kitabına düşəcək

Bu il İmam Hüseyn (ə) adına açılan dünyanın ən uzun süfrəsi Ginnesin Rekodrlar Kitabına düşə bilər. Ərbəin ərəfəsində İraqda açılan nəhəng İmam Hüseyn (ə) süfrəsi dünyanın ən böyük süfrəsi kimi tarixə keçə bilər.
 
Maide.az xəbər verir ki, Bəsrə və Kərbəla arasındakı vilayətlərdə açılan builki İmam Hüseyn (ə) süfrəsinin uzunluğu 80 km-ə çatır. Ərbəin münasibətilə açılan belə süfrə ilk dəfə ötən Ərbəin mərasimləri zamanı açılıb. Ərbəin zəvvarlarına xidmət edən ilk süfrənin uzunluğu 15 km olub. Bu il isə bu bərəkətli süfrənin uzunluğu daha 65 km artırılıb. Süfrənin daha da uzadılmasında məqsəd Ərbəin üçün Kərbəlaya gedən eşq yolçularını yemək və su ilə daha yaxşı təmin etməkdir. Bu misilsiz süfrədə müxtəlif yemək, qida və ərzaqlarla yanaşı müxtəlif meyvələr, tərəvəz və ət məhsulları da ehsan edilir. 
 
Mənbələr bu bənzərsiz süfrənin Ginnesin Rekordlar Kitabına salınacağını bildirir./
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru