Bu il Tunisdə 4 mindən artıq miqrant saxlanılıb

Bu il Tunisdə 4 mindən artıq miqrant saxlanılıb

2019-cu ilin ilk 5 ayı ərzində Tunisdə Avropaya qanunsuz dəniz yolu ilə getmək istəyən azı 4128 nəfər saxlanılıb.
 
Bunu ölkənin daxili işlər naziri Hişam Furati deyib.
 
H.Furati bildirib: "2019-cu ilin ilk 5 ərzində respublikanın təhlükəsizlik qüvvələrinin müxtəlif bölmələri tərəfindən 350-si Kerkenna adası rayonunda olmaqla 965 qeyri-qanuni miqrasiya halının qarşısı alınıb. Əməliyyatlar zamanı 4128 nəfər saxlanılıb".
 
Onun sözlərinə görə, hazırda saxlanılarnlardan 438-i müxtəlif cinayətlər törətmək səbəbindən həbs edilib.
 
Nazir əlavə edib ki, qeyri-qanuni üsulla Avropaya getmək istəyən 490 miqrant itkin düşmüş sayılır.
 
Xatırladaq ki, 2018-ci ildə 2732 qeyri-qanuni miqrasiya halının qarşısı alınıb, 11400-dən artıq insan saxlanılıb. /Trend /
 

Google+ WhatsApp ok.ru