Bu il yol qəzalarında ölənlərdən 298-i piyadalar olub

Bu il yol qəzalarında ölənlərdən 298-i piyadalar olub

"Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub".
 
Bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.
 
Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin yol qəzalarında 738 nəfər ölüb, 1535 nəfər xəsarət alıb. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub. /Report
 

Google+ WhatsApp ok.ru