Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-dən bildirilib.
 
Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur. /

Google+ WhatsApp ok.ru