Bu küçələrdə yol cizgiləri rənglənəcək

Bu küçələrdə yol cizgiləri rənglənəcək

Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək
 
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq paytaxtın Nəsimi rayonunun Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonunun Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumatda bildirilib. 
 
"Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək. İşlərin səhər saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib. /

Google+ WhatsApp ok.ru