Bu küçələrdə rəngləmə işləri aparılacaq

Bu küçələrdə rəngləmə işləri aparılacaq

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu  axşam 22:00-dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. /

Google+ WhatsApp ok.ru