Bu ölkədə gələn il namaz qadağan ediləcək

Şərqi Türküstanda yeni ildən etibarən namaz qılmaq qadağan ediləcək.
 
Axar.az xəbər verir ki, şərqi Türküstanda rəsmi təşkilatlar, məktəblər və iş yerlərində yanvar ayının birindən etibarən müsəlmanlara (uyğur türklərinə) namaz qılmaq qadağan ediləcək.
 
Namazla bərabər, dini geyimlərlə işə gəlmək, qadınların çadra geyməsi və kişilərin islam dininə mənsub olduğunu göstərən digər aksesuarlar gəzdirməsi qadağan ediləcək.
 
Yeni qanun 2015-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək.
 
Xatırladaq ki, Çin rəhbərliyinin müsəlmanları məhv etmək üçün şərqi Türküstanda başlatdığı əməliyyatlar da sürətlə davam etməkdədir. Bir müddət bundan əvvəl Çin məhkəməsi 8 müsəlmana ölüm cəzası vermişdi. /

Google+ WhatsApp ok.ru