Bu ölkədə toz halında olan mallar ləğv edildi - VİDEO

Toz halında olan qidalar Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qadağan edilib. Bir neçə ştatda isə bu cür ərzaqların 18 yaşdan aşağı şəxslərə satılması  xüsusi nəzarət altında saxlanılır.  Məsələ burasındadır ki, bu cür məhsulların – toz bulyonlar, toz halında rəngli içkilərin mədə xərçəngi yaratması halı günbəgün artmaqdadır.
 
Bu cür toz qidalar mədədə əvvəlcə qıcqırma yaradır. Mütəmadi istifadə zamanı mədədə yaraların əmələ gəlməsi də istisna edilmir. İş burasındadır ki, təbii qidadan fərqli olaraq toz halında olan məhsullar mədədə jele halına düşür ki, bu da həzm olunması ən çətin olan qidalardan hesab olunur.
 
Artıq Kolorado, Nyu York, Rod Aylend, Cənubi Karolina, Luiziana, Massaçusets və Vermont ştatlarında tətbiq edilən qadağalara əsasən marketlərdən bu qidaların yığışdırılması həyata keçirilir.  Bu cür qidaların məktəblərdə istifadə edilməməsi xüsusilə nəzarətdə saxlanılır. Çünki bir neçə məktəbdə bu cür ərzaqlardan istifadə nəticəsində şagirdlərdə zəhərlənmə halları qeydə alınıb. (ATV)

Google+ WhatsApp ok.ru