Bu ölkədə  `Səyyar Məscidlər` fəaliyyət göstərir -FOTO

Bu ölkədə `Səyyar Məscidlər` fəaliyyət göstərir -FOTO

 Azan verilir və şəhərin tıxac dolu yollarında  vaxtında məscidə çatıb namaz qıla bilmirsən?  Bunun həll yolu tapılıb. “Səyyar Məscid” bu problemi aradan qaldırır. 
 
Maide.Az xəbər veri rki, İndoneziyada insanların çox olduğu bölgələrdə, tıxaclarda, festival və idman yarışlarının keçirildiyi yerlərdə  “səyyar məscidlər” fəaliyyət göstərir.  Bu məscidlər  dini ayinləri yerinə yetirməkdə insanların işini asanlaşdırır.  
 
Ağ və yaşıl rəngli  mikro avtomobil səyyar  ibadət ocağı kimi hazırlanıb. Bu avtomobildə  dəstəmaz almaq imkanı  və ibadət üçün lazım olan digər imkanlar mövcuddur. 
Bu layihə ilk dəfə  İndoneziyanın  Java vilayətinin Bandung şəhərində həyata keçirilib. Şəhərin 50 bölgəsində səyyar məscidlər quraşdırılıb və  uğurlu bir təcrübə olub.   
İndoneziyada hazırda  800 min  məscid fəaliyyət göstərir ki, bu məscidlər əsasən  ölkənin böyük şəhərlərində yerləşir.   
 
 
 
 

Google+ WhatsApp ok.ru