Bu ölkədə zarafat etmək qadağan olundu

Bu ölkədə zarafat etmək qadağan olundu

Şimali Koreyada Kim Çen In haqqında zarafat etmək qadağan edilib.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Free Asia” radiosunun Cənubi Koreya xidmətinə Çagang kəndindən bir mənbə danışıb.
 
Ölkədə həmçinin totalitar rejim haqqında lağ, ironik şərh, zarafatlar və tənqidi fikirlər qadağandır.
 
“Bir dövlət təhlükəsizlik işçisi “daxili üsyançı ünsürlərin potensial düşmənçilik hərəkətləri” edə biləcəyi barədə xəbərdarlıq etmək üçün bölgə sakinləri ilə toplantı keçirildi. Yəni, bizdən ağzımızı bağlamağımızı istədi”, - mənbə deyib.
 

Google+ WhatsApp ok.ru