Bu ölkələrdə yaşayan müsəlmanlar namazlarını 2 saat ərzində qılırlar

Bu ölkələrdə yaşayan müsəlmanlar namazlarını 2 saat ərzində qılırlar

İsveçin Kiruna və Norveçin Trömse şəhərlərində yaşayan müsəlmanlar ilin ən uzun gecələrinin qeydə alındığı qış mövsümündə namazları iki saat ərzində qılırlar.
 
İsveçin paytaxtı Stokholm, Norveçin paytaxtı Oslo və Finlandiyanın paytaxtı Helsinkidə isə namazlar üç saat ərzində qılınır.
 
Stokholmda olan Fittja Ulu məscidinin rəhbərliyindən Cihad Kullay açıqlama verərək, Stokholmda zöhr, əsr və məğrib namazlarının üç saat ərzində qılındığını bildirib. O, günorta namazı üçün məscidə gələn camaatın böyük əksəriyyətinin dörd vaxt namazı qılıb evlərinə qayıtdığını deyir: "Hazırda qış aylarının ən qısa gündüzlərini yaşayırıq. Fittja Ulu məscidində bu gün zöhr namazını saat 11:55-də, əsr namazını saat 12:48-də, axşam namazını saat 14:54-də, işa namazını da saat 16:57-də qılırıq. Necə deyərlər bir dəstəmazla dörd vaxt namazı ardıcıl əda edirik. Burada günəşin çıxması saat 08:45-də olduğu üçün günəşin şəfəqindən yarım saat əvvəl sübh namazını qılırıq".
 
Kullay İsveçin şimalında yerləşən Kiruna şəhərində isə müsəlmanların üç vaxt namazı iki saat ərzində qıldıqlarını deyir: "Stokholmun təxminən 1000 kilometr şimalında yerləşən Kirunada, zöhr namazı saat 11:46-da, 20 dəqiqə sonra saat 12:06-da əsr namazı, saat 13:50-də axşam namazı əda edilir. İşa namazının vaxtı isə saat 15:52-dədir. İslandiyanın paytaxtı Reykyavik və Norveçin Trömse şəhərlərində namaz vaxtları Kiruna şəhərindəki kimidir. Müsəlmanlar iki saat içində üç vaxt namaz qılırlar". (deyerler) /

Google+ WhatsApp ok.ru