Bu ölkədə 40 yaşdan aşağı olan şəxslərə Həccə getmək qadağan olundu

Bu ölkədə 40 yaşdan aşağı olan şəxslərə Həccə getmək qadağan olundu

Tacikistan vətəndəşları yalnız 40 yaşına çatdıqdan sonra Həccə gedə biləcək. 
 
Maide.İnfo xəbər verir ki, bu haqda qərar Tacikistan Respublikası hökuməti tərəfindən verilib.
 
Qeyd edək ki, Tacikistan hökuməti bundan öncə də iki dəfə Həcc ziyarətinə getmək üçün yaş məhdudiyyəti tətbiq etmişdir. Belə ki, 2010-cu ildə 18 yaşdan kiçik və 80 yaşdan böyük olan ölkə sakinlərinə Həcc ziyarətinə getmək qadağan edilmişdi. Bu qərardan bir neçə il keçdikdən sonra minimal yaş həddi 35 yaş təyin olunmuşdu. Hazırda isə bu limit 40 yaş təyin olunub. 
 
Qeyd edək ki, bu məhdudiyyətlər Ümrə ziyarətini etmək istəyən şəxslərə şamil edilmir.
 
Bildirilir ki, ötən il Həccə getmiş tacikistanlı zəvvarların sayı 6 min nəfər olub. /

Google+ WhatsApp ok.ru