Bu ölkədə simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaq

Bu ölkədə simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaq

Qərar yalnız penalti və meydandan qovulmaya səbəb olan simuliyasiyalara şamil olunur
 
İngiltərədə 2017/2018 mövsümündən etibarən simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaq.
 
Bu barədə İngiltərə Futbol Assosiasiyası qərar qəbul edib.
 
Mütəxəssislər hesab edirlər ki, bu cür sərt cəza hakimləri aldatmağa yönəlik hərəkətlərin aradan qalxmasına kömək edəcək.
 
Qərar yalnız penalti və meydandan qovulmaya səbəb olan simuliyasiyalara şamil olunur. Referilərin bu cür hallarda göstərdikləri qırmızı vərəqələr ləğv olunacaq, “sarı”lar isə qüvvədə qalacaq.
 
Simuliyasiya hallarına sabiq futbolçu, məşqşi və hakimlərdən ibarət üç nəfərlik komissiya qiymət verəcək.
 
Qeyd edək ki, İngiltərədə 2017/2018 futbol mövsümünə avqustun 4-də start veriləcək. Cümə günü Çempionşipin (I divizion) ilk turu çərçivəsində 2 oyun keçiriləcək. (report) /

Google+ WhatsApp ok.ru