Bu ölkədə 700-dən çox məscid və 6 minə  yaxın kilsə bağlanır

Bu ölkədə 700-dən çox məscid və 6 minə yaxın kilsə bağlanır

-- Ruanda Respublikasının prezidenti bu qərarı qəbul edib

Afrika qitəsinin şərqində yerləşən Ruanda Respublikasının prezidenti Paul Kagame ölkədə 700-dən çox məscid və 6 minə  yaxın kilsəni bağlamaq qərarını verib. 
 
Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki,  P.Kagame  “saylarının həddən artıq çox olduğunu” və  “ibadətdən kənar işlər üçün istifadə edildiyini” iddia edərək  6100 ibadət evinin bağlanmasına qərar verib. 
 
Məlumata görə,  bağlanan məscidlərin  əksəriyyəti  paytaxt  Kigalidədir. 
 
Qeyd edək ki, Ruanda Respublikasında əhalinin sayı — 12,012,589 (2015-cü ilin iyuluna) təşkil edir. Əhalinin 49,5%- katolik, 43,4% protestant və  1,8%-i isə müsəlmandır. 
 

 

Google+ WhatsApp ok.ru