Bu ölkələrdə plastik əşyalar qadağan edilir

Bu ölkələrdə plastik əşyalar qadağan edilir

-- 2030-cu ilə qədər atmosferə 3,4 milyon ton karbon buraxılmasının qarşısı alınacaq

Avropa İttifaqı ölkələrində bir dəfə istifadə üçün nəzərdə tutulan plastik əşyalar qadağan ediləcək.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu əşyaların sırasına plastik materialdan hazırlanmış qulaq təmizləyən, qaşıq-çəngəl, su içmək üçün istifadə ediləm borucuq və.s daxildir.
 
Həmçinin, plastik su qablarının da 2025-ci ilə kimi təkrar istehsal üçün toplanması nəzərdə tutulur.
 
Bu addımların atılmasına səbəb olaraq plastikdən hazırlanmış əşyaların təbiətə zərər vurması göstərilib. Bildirilir ki, əgər layihə baş tutarsa 2030-cu ilə qədər atmosferə 3,4 milyon ton karbon buraxılmasının qarşısı alınacaq. Nəticədə həmin karbonun təmizlənməsi üçün istifadə ediləcək 22 milyard avroya qənaət edilmiş olunacaq.
 
Qanun layihəsi Avropa Parlamentində səsverməyə çıxarılacaq.
 

Google+ WhatsApp ok.ru