Bu ölkədə imtahan zamanı internet kəsiləcək

Bu ölkədə imtahan zamanı internet kəsiləcək

Əlcəzair hökuməti məktəblərdə imtahanlar zamanı internetdən köçürmə hallarının qarşısını almaq üçün ölkədə internet 1 saatlıq kəsəcək.
 
Maide.az “ensonhaber.com”a istinadən xəbər verir ki, bu barədə Əlcəzairin təhsil naziri Nuriyə Benqabrit məlumat verib.
 
Onun sözlərinə görə, 2016-cı ildə kütləvi surətdə köçürmə halları qeydə alınıb və eyni halın təkrarlanmaması üçün belə qərar alınıb.
 
Bundan başqa, imtahanlar ərəfəsində Feysbuk sosial şəbəkəsinə girişə də qadağa qoyulacaq.
Qeyd edək ki, Əlcəzairdə 700 minə yaxın şagird imtahana girəcək.

Google+ WhatsApp ok.ru