Bu ölkədə güclü quraqlıq səbəbiylə fövqəladə vəziyyət elan edilib

Bu ölkədə güclü quraqlıq səbəbiylə fövqəladə vəziyyət elan edilib

Honduras hakimiyyəti güclü quraqlıq səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib.
 
Trend -in məlumatına görə, bu barədə ölkə prezindeti Xuan Orlando Ernandes bildirib.
 
Onun sözlərinə görə, su qıtlığı kənd təsərrüfatına və sakinlərin gündəlik həyatına təsir edəcək:
 
"Fövqəladə vəziyyət elan etdik, amma əhali də töhfəsini verməlidir, çünki biz görünməmiş vəziyyətlə üzləşdik".
 
Ernandes gələn həftə iclas keçirəcəyini söyləyib. İclas zamanı yağışın olmaması nəticəsində dəyən ziyanı müzakirə ediləcək.
 

Google+ WhatsApp ok.ru