Bu ölkədə ən böyük məscid tikilib

Bu ölkədə ən böyük məscid tikilib

Cibutidə ölkənin ən böyük məscidin inşası başa çatdı. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, məscid Türkiyə Dini Vəqfi (TDV) vasitəsilə inşa edilmiş və II Sultan Əbdül-Həmid adına olan məscidin təməli 2015-ci ildə qoyulmuşdur. 
 
Məscidin açılış mərasimi yaxın vaxtlarda baş tutacaq və Türkiyə parlamentinin spikeri Mustafa Sentop da açılış mərasimində iştirak edəcək. 
 
Cibutidəki Sultan II Əbdül-Həmid məscidi altı min nəfər qəbul edə bilər.
 
Məscidin inşası üçün prezident kompleksinin yerləşdiyi Salines Ouest Cibuti məhəlləsində 13 min kvadratmetr sahə qurudulmuşdur.
 
Məscid üçün tikinti materiallarının əksəriyyəti Türkiyədən gətirilib.
 
Məscidin günbəzinin hündürlüyü 27 metr, diametri 20 metrdir. Məscidin iki minarəsinin hündürlüyü 46 metrdir. TDV baş direktoru Mehmet Savaş Polat, Cibutidəki Osmanlı hökmdarının adını daşıyan məscidin son 100 ildə Afrika qitəsində qurulan ilk belə bir tikili olacağını söyləyib.

Google+ WhatsApp ok.ru