Bu ölkədə meningit xəstəliyindən ölənlərin sayı 43 nəfərə çatıb

Bu ölkədə meningit xəstəliyindən ölənlərin sayı 43 nəfərə çatıb

Qərbi Afrika ölkəsi olan Qananın qərb bölgəsində meningit xəstəliyindən  ölənlərin sayı 43 nəfərə çatıb. 
 
Maide.Az "TRT"-ə istinadla xəbər verir ki,  Yuxarı Qərb Rayon Naziri Hafiz Bin Saleh mətbuata verdiyi açıqlamada bildirib ki, yanvar ayından bəri bölgədə 273 nəfərdə meningit xəstəliyi aşkarlanıb ki, onlardan  43 nəfər həyatını itirib.
 
Epidemiya ilə mübarizə çərçivəsində hökumətin pulsuz müalicəyə başladığı barədə məlumat verən Saleh sakinlərə boyun və baş ağrısı hiss etdikdə dərhal xəstəxanaya müraciət etmələrini bildirib. 
 
Beyindən başlayaraq bütün bədənə təsir edən meningit  (Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir) xəstəliyi bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. 

Google+ WhatsApp ok.ru