Bu məscid dünyanın ən yaxşı tikililəri siyahısına daxil edildi - FOTO

Bu məscid dünyanın ən yaxşı tikililəri siyahısına daxil edildi - FOTO

-- Dünyanın ən yaxşı memarlıq incilərini tikən memarlar mükafatlandırılır.

Britaniya Krallığı Memarlar İnstitutu (RIBA) memarlıq üzrə “RIBA-2018”  beynəlxalq siyahını yayımlayıb. 
 
Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki,  siyahıda dünyanın 28 ölkəsindən 62-dən çox memarlıq nümunəsi yer alıb. 
 
Onların sırasında xüsusiilə qeyri-adi memarlığına görə İstanbul yaxınlığında yerləşən məscid qeyd olunub. 
 
Məscid inşa edən məşhur türk memarı Əmrə Arolat mükafata layiq görülüb. 
 
7 metr dərinlikdə tikilmiş məsciddə eyni vaxtda 650 nəfər ibadət edə bilir. 
 
Qeyd edək ki, iki ildən bir keçirilən bu mükafatlandırmada dünyanın ən yaxşı memarlıq incilərini tikən memarlar mükafatlandırılır.
 
 
 

Google+ WhatsApp ok.ru