Bu məscidin damında müsəlmanlar bal arısı yetişdirir  - LONDONDA

Bu məscidin damında müsəlmanlar bal arısı yetişdirir - LONDONDA

İngiltərədə “East London” məscidinin damında bal arısı yetişdirilməsi layihəsi uğurla davam etdirilir. 
 
Maide.Az “aboutislam”a istinadən xəbər verir ki,  46 yaşlı Xəlil  Attan ailəsi ilə birlikdə  “East London” məscidinin banında bal arısı yetişdirir. 
 
X.Attan deyib ki,  bu layihənin icrasından məqsəd  insanların təbiətlə olan yaxınlaşmasını təmin etməkdir. “Məqsədimiz İslam mədəniyyətinin  insanların təbiətə və ətraf mühitə nə qədər diqqət yetirməsini cəmiyyətə göstərməkdir.”
 
O bildirib ki,  2011-ci ildə  Quran ayələrindən ilhamlanaraq  məscidin damında bal arısı yetişdirmək üçün  məscidin komitəsinə müraciət etdim.  “London məscidinin  komitəsi 60 min  bal arısının məscidin damında yetişdirilməsinə icazə verdi.  Hazırda  bu illər ərzində aparılmış işlər nəticəsində  bal  arıların sayı  yarım milyondan çoxdur.”
 
O qeyd edib ki,  bal arısının məscidin damında yetişdirilməsi  turistlərin də məscidə diqqətini artırıb və bu onların İslam dini və mədəniyyəti ilə tanışlığına səbəb olur.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru