Bu məscidin 201 günbəzi və ən hündür minarəsi var -FOTO

Bu məscidin 201 günbəzi və ən hündür minarəsi var -FOTO

Hər il dünyanın müxtəlif bölgəsindən onminlərlə müsəlman 201 günbəzi və ən hündür minarəsi olan bu məscidi ziyarət etmək üçün Banqladeşdə Cinay çayının sahilinə  axışır. 

Maide.Az İQNA-a isitnadla xəbər verir ki, məscidin minarəsinin hündürlüyü 451 metrdir.  Hazırda minarənin tikintisi davam etdirilir. 

O, dünyanın ən hündür beton minarəsi kimi Ginnesin Rekordlar Kitabına daxili edilib.

Məsciddə eyni anda 15 minə yaxın müsəlman ibadət edə bilər. Gələcəkdə burada 30 min nəfərin eyni anda ibadət etməsi üçün potensial mövcuddur. 
 
Onun inşası 2013-cü ildə başlayıb və 13 milyon dollara başa gəlib.
 
Məscidin rəsmi açılış mərasimi yaxın aylarda  Banqladeşin baş nazrinin iştirakı ilə  təşkil olunacaq.
 

Google+ WhatsApp ok.ru