Bu mağazalardan ərzaq almayın — SİYAHI

Azərbaycanda daha bir neçə mağazada vaxtı keçmiş məhsulların satıldığı aşkarlanıb.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən Maide.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
 
Abşeron rayonunda
- Xırdalan şəhərində Kamal Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
 
Bakının Sabunçu rayonunda
- Zabrat qəsəbəsi, R.Göyuşov küçəsində Kifayət Məmmədovaya məxsus mağazada;
 
Qaradağ rayonunda
- Sahil qəsəbəsində Mirvari Məhərrəmovaya və Etibar Mehrəliyevə məxsus mağazalarda;
 
Nərimanov rayonunda
- Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsində Üzeyir Kərimova məxsus mağazada;
 
Ağcabədi şəhərində
- H.Əliyev prospektində Zahir Sultanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
 
Bakının Qaradağ rayonunda
- Lökbatan qəsəbəsi, S.Orucov prospektində Sənan Məmmədova məxsus mağazada;
 
Nəsimi rayonunda
- 28 May küçəsi, 34 ünvanında Nurməmməd Məmmədova məxsus mağazada;
 
Abşeron rayonunda
- Xırdalan şəhərində Vüqar Tanrıverdiyevə məxsus mağazada;
 
Göygöl rayonunda
- Göygöl şəhəri, S.Rəhimov küçəsində Qasım Babayevə məxsus mağazada;
 
Gəncə şəhərində
- Ə.Əliyev küçəsi, 223 ünvanında Məhərrəm Nəbiyevə məxsus mağazada;
 
Saatlı şəhərində
- H.Əliyev prospektində Əli Güləliyevə və Nizami Hüseynova məxsus mağazalarda;
 
Şamaxı şəhərində
- M.Hadi küçəsində Ağasəlim İmanova məxsus mağazada;
- N.Nərimanov küçəsində Cəbrayıl Cəbrayılova məxsus mağazada;
 
Şəki şəhərində
- Calğalı bulaq küçəsi, 61 ünvanında İlham Alxasova məxsus mağazada;
 
Ağdam rayonunda
- Quzanlı qəsəbəsində Bəxtiyar Ələsgərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
 
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
 
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Google+ WhatsApp ok.ru