Bu marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişib

Bu marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişib

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən müvəqqəti olaraq dəyişdirilib.
 
Maide.İnfo xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
 
Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək. /

Google+ WhatsApp ok.ru