Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib

Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib

Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib.
 
Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
 
Qurum sözçüsü bildirib ki, marşrut xəttinin istiqamətinin dəyişdirilməsinə səbəb Xocahəsən yolunda gedən təmir işləri olub:
 
"Bu məqsədlə 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib".
 

Google+ WhatsApp ok.ru