Bunu yeyən uşaqlar aqressiv olurlar

Araşdırmalar göstərir ki, faydalı bildiyimiz qidalardan çox istifadə etdikdə orqanizmdə fəsadlar yaranır. Uşaqların dadına vurulub daim yemək istədikləri bəzi qidalar da olduqca təhlükəlidir.

6 -10 yaş arasındakı uşaqlar arasında aparılan araşdırmalardan nəticə çıxaran mütəxəssislər anaları qida rasionuna ciddi nəzarət etməyi səsləyir.

Amerikalı mütəxəssislər uşaqlara toyuq qanadı yedirtməməyi məsləhət bilirlər. Onlar bildirirlər ki, toyuq qanadı yeyən uşaqlar öz yaşıdlarından daha aqressiv olurlar.

Amerika Pediatr Akademiyası uşaqlar üçün təhlükəli olan digər qidaların da adını açıqlayıblar.

Həmin siyahını təqdim edirik:

1.Sosiska. 10 yaşından kiçik uşaqların boğularaq ölməsinin ən böyük səbəbkarlarından biri sosiskadır. Çünki bu tip hadisələrin 17%-i sosisdən yeyərkən baş verir.

2. Fıstıq. Bir çox insanın bu qidaya qarşı allergiyası var. Ölümlə nəticələnən allergiyaya səbəb olan fıstıq hələ də bir çox qidanın tərkibinə vurulur.

3.Yaşıl yarpaqlı qidalar. İspanaq, kahı, kələm kimi tərəvəz və digər göyərtiləri yumaq kifayət etmir. Onları bir müddət sirkəli suda saxlamaq lazımdır. Ancaq çox vaxt valideynlər tənbəllik edərək sadəcə yumaqla kifayətlənirlər. Bu isə bağırsaq bakteriyalarına yoluxmaq riskini artırır.

4. Ton balığı. Dünyanın ən çox istifadə edilən balıq növü olmasına baxmayaraq, bu dadlı qidanın zərərli tərəfləri də var. Faydalarına görə uşaqlara da bol-bol yedizdirilən bu balıqdan həddindən artıq istifadə etmək bir sıra fəsadlara səbəb olur. Ton balığını həddindən artıq yedikdə sinir sisteminə zərər verir və ürək xəstəlikləri riskini artırır.

5. Kartof qızartması.Bu qidanın tərkibindəki akrilamid maddəsi damar sərtliyi, köklük və xərçəngə səbəb olur.

6. Şokolad. Tərkibində çoxlu kakao, şəkər və kimyəvi əlavələr olan şokolad qanda xolesterolun səviyyəsini artırır. Bu da gələcəkdə ürək-damar xəstəliklərinə səbəb olur.

7. Cipsi. Mütəxəssizlər bildirirlər ki, cipsi yemək yağ içmək kimidir. Bu qida xərçəngdən köklüyə, şəkər xəstəliyindən alzaymerə qədər bir çox xəstəliyə səbəb olur.

8. Dondurma. Tez xarab olan bu məhsul bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Google+ WhatsApp ok.ru