Bu prospektdə sürət həddi aşağı endirildi - DİQQƏT

Bu prospektdə sürət həddi aşağı endirildi - DİQQƏT

Paytaxtın Neftçilər prospektində (Bayraq Meydanının qarşısında) hərəkət sürətində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, əvvəllər həmin ərazidə sürət rejimi 70 km/ saat tətbiq edilirdi. Sözügedən ərazidə hərəkət sürəti 60 km/saata endirilib və bu barədə yola müvafiq nişanlar quraşdırılıb.
 
Sürətin aşağı salınmasında məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Çünki yolda sərt döngə var və orada yeraltı keçidin olmasına baxmayaraq bir çox hallarda piyadalar hərəkət hissəsi ilə yolu digər tərəfə keçməyə çalışırlar.
 
Qeyd edək ki, həmin ərazidə dəfələrlə ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verdiyi üçün hərəkət sürətinin aşağı salınması barədə qərar qəbul edilib.
Əks istiqamətdə isə (üzü şəhər istiqamətində) 70 km/saat sürət rejimi qüvvədə qalıb.
 

Google+ WhatsApp ok.ru