Bu prospektin bir hissəsi bağlanacaq

Bu prospektin bir hissəsi bağlanacaq

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənir.
 
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, analoji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Lökbatan dairəsinədək olan hissəsində axşam saatlarınadək, saat 22:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində "Çermet" körpüsünün 20 Yanvar dairəsinədək olan hissəsində aparılacaq.
 
Qeyd edək ki, rənglənmə işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
 
"Digər zolaqlar üzrə isə hərəkət açıq olacaq. Bu üzdən "Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə cəmiyyət əlavə edib. /

Google+ WhatsApp ok.ru