Bu prospektlərdə rənglənmə işləri aparılacaq

Bu prospektlərdə rənglənmə işləri aparılacaq

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq
 
"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
 
Maide.Az xəbər verir ki, "Azəravtoyol"dan verilən xəbərə görə, rənglənmə işləri bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində aparılacaq.
 
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
 
"Azəravtoyol" sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir. /

Google+ WhatsApp ok.ru