Bu qəsəbədə gün ərzində işıq olmayacaq

Bu qəsəbədə gün ərzində işıq olmayacaq

Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə (35/10 kV-luq “Məhəmmədi” yarım/stansiyası ilə yeni xətlərin əlaqələndirilməsi) rayonun Masazır qəsəbəsinin bəzi ərazilərində də 06 dekabr 2018-ci il tarixində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

Maide.Az bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Google+ WhatsApp ok.ru