Bu qurğu smartfonları sürətləndirir 21 Yanvar 2017 02:00 Maraq dünyası "Toshiba" şirkəti "Canvio for Smartphone" adlı xarici daşıyıcının tədarükünə başlayıb. Yeni cihaz "USB-C" və ya "USB-A" konnektorları vasitəsilə qoşulma zamanı "Android" mobil sistemli smartfonu enerji ilə doldurmaqla yanaşı, aparatdakı məlumatların ehtiyat surətini yaradır. Maide.Az ICTnews-a istinadən bildirir ki, yeni cihazın prototipi Berlində keçirilmiş "IFA-2016" sərgisində nümayiş etdirilib. Görünüşcə ağ nəlbəkini xatırladan qurğu eyni zamanda həm kabellə qoşulmuş smartfonu enerji ilə doldurur, həm də istifadəçi məlumatlarının (kontakt, sənəd, musiqi, video) ehtiyat surətini daxili sərt diskdə saxlayır. Bunun üçün öncədən aparata proqram quraşdırmaq lazımdır. "Toshiba" şirkəti tərəfindən hazırlanmış həll məlumatların saxlanılmasını mobil telefonun gündəlik şarjı kimi adiləşdirmək üçün nəzərdə tutulub. Bundan başqa, sözügedən qurğudan istifadəçi məlumatlarının bir smartfondan başqasına daşınması üçün istifadə etmək olar. Bu zaman məlumatlara fərdi kompüterdən müraciət mümkündür. "Canvio" qurğusu eyni anda bir neçə mobil telefonun məlumatlarının ehtiyat surətini saxlaya bilir. / Teqlər : #Bu qurğu smartfonları sürətləndirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kombilərdən düzgün istifadə edin, qaz sərfiyyatı 30 faiz azalsın - VİDEO Saxara səhrasına qar yağdı - FOTO