Bu qızın günahı nə idi? Onu əlil arabasında vurdular

Əlil arabasına məhkum olmuş Taqrid adlı gənc qız çoxlu sayda fələstinli kimi İsrailin hücumlarından qaça bilməyib.
 
Nadal Əbu Rucəylə bombardman zamanı ailəsiylə qaçmağı bacarıb, ancaq bacısını onu qədər şanslı olmayıb, çünki o, əlil arabasına məhkum idi.
 
Əbu Rucəylə atəşkəs zamanı bir həftə sonra geri qayıtdıqda məhəlləsində bacısının əlil arabasından düşmüş və cansız bədəniylə qarşılaşıb. 
 
Artıq bacısının cəsədinə sarılaraq ağlamaqdan başqa edə biləcəyi heç bir şey olmayan Əbu Rucəylə, yaşadıqları qorxu dolu dəqiqələri belə izah edib: "Bir həftə əvvəl bombardman başladıqda hər kəs "qaçın" deyə qışqırırdı. Hər şeyi qoyub qaçırdıq. Taqridini də arabayla birlikdə daşıyır və qaçırdıq. Birdən yaxınlığımıza bomba düşdü, eynilə zəlzələ və sunami kimi idi, bir-birimizdən ayrıldıq. Nə qədər bağırsaq da bir-birimizi tapa bilmədik. Bombardmandan qaçdıqdan sonra qardaşımı axtarmaq üçün geri gəlmək istədik. "Qızılxaç" bölgəyə girməyin qeyri-mümkün olduğunu bildirdi" dedi.

Google+ WhatsApp ok.ru