Bura vəba virusunun qara bulud kimi uşaqların üstünü aldığı yerdir

Bura vəba virusunun qara bulud kimi uşaqların üstünü aldığı yerdir

Burada müharibə və həyata keçirən zalım iqtisadi sanksiyalar nəticəsində müxtəlif xəstəliklərlə və ölümlə çarpışan uşaqların fəryadları və acı çığırtıları eşidilir. Yəmənli uşaqlar ana və atalarının gözləri qarşısında can verir.
 
Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı başladılan müharibə təxminən 2 il yarımdır ki, davam edir. Bu müddətdə ölkədəki həyati infrastrukturlar tamamilə darmadağın edilib və tətbiq edilən iqtisadi sanksiyalarla vəba kimi bir çox yoluxucu xəstəliklər nəticəsində ölkə əhalisi çox ciddi təhdidlərlə üz-üzədir. Əgər tədbir görülməsə ölkədə insanlıq faciəsi baş verəcək.
 
 
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çərşənbə axşamı yayımlanmış məlumata görə, aprelin 27-dən bu günədək 1732 nəfər həlak olub, bundan əlavə 313 min 538 nəfər vəba xəstəliyinə və şiddətli ishala tutulub.
 
Yəməndə vəba xəstəliyinin qurbanlarının sayı 1500-ü keçib
Narahatlıq doğuran məsələ budur ki, bu xəstəlik ölkənin 21 əyalətinin rayonlarında yayılıb və yalnız 1 rayonda xəstəlik yayılmayıb. Xəstəliyin yayıldığı bu yerlərə Həcc əyalətinin Abas rayonu da aiddir. Bu rayon minlərlə qaçqının yaşaması səbəbindən Yəməndə vəba xəstəliyinin ən çox yayıldığı bölgədir. Abas rayonunda içməli suyun tapılmaması və səhiyyə xidmətlərinin qıtlığı səbəbindən xəstəliyin artımı sürətlənmişdir.
 
Yəməndə vəba xəstəliyinin qurbanlarının sayı 1500-ü keçib
 
Vəba - nazik bağırsağın funksiyasını itirməsi, qusma, orqanizmin kəskin maye itkisi ilə xarakterizə olunan bağırsaq infeksiyasıdır. Bu xəstəlik insanın kəskin şəkildə arıqlaması, şiddətli ishalına səbəb olur və təcili yardım göstərilmədikdə ölümlə nəticələnir. Yoluxanların yarıdan çoxu qadınlar, 16 minindən çoxu 5 yaşınadək olan uşaqlardır. 5 yaşdan kiçik uşaqlar ərzaq qıtlığı səbəbindən bu xəstəliyə daha çox yoluxur.
 
 
Səudiyyə Ərəbistanı, insan haqları müdafiəçilərinin və digər ölkələrin susqunluğunun kölgəsində Yəmənə hər cür beynəlxalq yardımın və zəruri ehtiyacların göndərilməsini əngəlləyir. Səhiyyə ehtiyaclarının və dərmanlar bu ölkəyə çatdırılmasa kütləvi ölümlərin baş verməsi qaçılmaz olacaq.
Təəccüblüsü isə budur ki, insan haqları təşkilatları və beynəlxalq təşkilatlar bu məsələdə səssizlik nümayiş etdirilir və Səud rejiminə hər hansı təzyiq edilmir.
 
Йеменский врач проверяет ребенка, подозреваемого в заражении холерой. Архивное фото
 
"Əl-Mərkəzul Qanunil vel Tənmiyə" hüquqi mərkəzinin hesabatına görə, Səudiyyə koalisiyasının hücumları nəticəsində indiyədək 294 xəstəxana və müalicə mərkəzi partladılıb, yerdə qalan müalicə mərkəzlərinin çoxunda blokada səbəbindən dərman sıxıntısı yaşanır.
 
 
Qeyd edək ki, Yəmən hakimiyyəti xəstəliyin başlanması haqqında ilk dəfə 2016-ci ilin oktyabrında məlumat verib. ÜST-nin məlumatına görə, yoluxma riskinin yüksək olduğu rayonlarda təxminən 7,6 milyon insan yaşayır. (islaminsesi) /

Google+ WhatsApp ok.ru