Bura nə Mosuldur nə Hələb, bura Səudiyyənin muhasirəsindəki Əvamiyyədir

Bura nə Mosuldur nə Hələb, bura Səudiyyənin muhasirəsindəki Əvamiyyədir

Bura nə Mosuldur nə Hələb, bura Səudiyyənin muhasirəsindəki əl-Əvamiyyədir
 
Səudiyyə rejiminin qüvvələri iki aydan artıqdır ki, Qətif əyalətində əsasən şiələrin məskunlaşdığı əl-Əvamiyyəni muhasirədə saxlayır.
 
Silahlılara qarşı əməliyyatlar adı ilə aparılan silahlı basqınlardan sonra Səudiyyə rejimi qüvvələri əl-Əvamiyyənin əl-Məsurə qəsəbəsini sakinlərədən tam şəkildə təxliyə edib.
 
Ötən gün Səudiyyə qüvvələri əl-Əvamiyyədə "azad etdiyi" məscidlərə daxil olub və Şeyx Baqir Nimr ən-Nimrin şəkilləri üzərində rəqs etməkdən belə çəkinməyiblər.
 
Səudiyyə rejimin qüvvələrinin basqınından sonra əl-Əvamiyyənin düşdüyü vəziyyət onu muharibələrin getdiyi Mosul və Hələb kimi şəhərlərə bənzədib.
 
Əl-Əvamiyyə şəhəri xüsusilə də onun əl-Məsurə qəsəbəsi muxalifətin aksiyalarının şahidi olduğu üçün məntəqə sökülmə və əhalisinin köçürülməsi ilə üzləşib.
 
Səudiyyənin müvafiq qurumları iddia edirlər ki onlar tarixi əl-Məsurənin yerinə təzə qəsəbə salacaq. (islaminsesi) /

Google+ WhatsApp ok.ru