Buraxılış imtahanlarında yazılacaq inşalara verilən tələblər açıqlanıb

Buraxılış imtahanlarında yazılacaq inşalara verilən tələblər açıqlanıb

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər və inşa (esse) mövzularına aid nümunələri açıqlayıb.
 
Mərkəzdən Trend-ə bildirilib ki, ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. İmtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.
 
2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələr (azərbaycan və rus dilində) http://tqdk.gov.az/news/school-leaving/2776/ linkində təqdim edilib. /

Google+ WhatsApp ok.ru