Bu rayonlara qar yağır - Foto

Bu rayonlara qar yağır - Foto

Ötən gün axşam saatlardan başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
 
Maide.Az-ın  APA-ya istinadən verdiyi məlumata görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 3 dərəcədir.
 
Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 8 sm-ə çatıb. Temperatur Xınalıq və Qrızda mənfi 9 dərəcə, Qusarın Ləzə kəndində isə -15 dərəcəyədək düşüb. 
 
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.
 
 
 

Google+ WhatsApp ok.ru