Bu rayonlara qaz fasilələrlə veriləcək

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, həyətlərdən keçən qaz xətlərinin ləğv edilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Eyni zamanda, qaz nəqli sistemində aparılan quraşdırma işləri ilə əlaqədar 04 iyul 2014-cü il tarixədək Daşkəsən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Google+ WhatsApp ok.ru